“Qalatasaray” və “Beşiktaş” komandaları arasında keçiriləcək Türkiyə Super Kuboku matçını idarə edəcək hakim müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma Atilla Karaoğlana tapşırılıb.

Avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

“Qalatasaray” ötən mövsüm Türkiyə Super Liqasının qalibi olub. “Beşiktaş” isə ölkə kubokuna sahib çıxıb.

Shares: