“Keşlə”nin (indiki “Şamaxı”) sabiq futbolçusu Anatole Abanq növbəti dəfə komandasını dəyişir.

Futbolinfo.az xəbər verir ki, kamerunlu hücumçu Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Bateh”dən ayrılır. Ancaq 28 yaşlı forvard eyni liqada çıxışını davam etdirəcək. Çünki o, çempionatın lideri Al “Şarjah”la anlaşıb. Yaxın günlərdə transferin rəsmiləşməsi gözlənilir.

“Şarjah” Abanqın 12 illik karyerasında 14-cü komandası olacaq. O, 2013-cü ildən bəri ABŞ, Danimarka, Finlandiya, Rumıniya, Çin, Moldova və Azərbaycanda legioner həyatı yaşayıb.

Qeyd edək ki, Anatole Abanq 2021-ci ildə ölkəmizdə “Keşlə”nin formasını geyinib.

Shares: