Növbəti mövsümdən Region Liqasında Bərdə təmsilçisi də olacaq. Sözügedən rayonda yenidən formalaşdırılan komanda bu turnirdə iştirak edəcək.
Komandanın baş məşqçisi Əli Quliyev futbolinfo.az-a açıqlamsında bildiribki, əsas məqsədləri rəqabətədavamlı heyət formalaşdırmaq, Bərdə rayonunda futbol ənənəsini qoruyub saxlamaqdan ibarətdir.
Qeyd edək ki, “Bərdə” komandası ötən mövsüm də Region Liqasında mübarizə aparıb. Komanda 1/8 final mərhələsində “Göyəzən” komandasına məğlub olub mübarizəni dayandırmışdı.
BƏHRUZ MUSAYEV