“Qarabağ”ın öz oyun stili var. İstər Avropa liqasında, istərsə də ölkə çempionatında o oyunu sərgiləyir. “Ayaks”la matçda da eyni şəkildə öz oylarını göstərərək, qələbə qazanmasını gözləyirəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Ağdam təmsilçisinin göstərdiyi oyuna görə qrupdan çıxmağa layiq olduğunu düşünür: “Ayaks” ulduz futbolçulara malik ən köklü komandalardandır. Lakin Avropada da “Qarabağ”ın Azərbaycanın top-klubu olduğunu qəbul edirlər. Təmsilçimiz günü-gündən uğurlara imza ataraq, azarkeşlərini sevindirməyi bacarır. Düzdü, mən komandanın yenidən Ağdama, “İmarət” stadionuna köçməsini arzulayıram. Zamanında orda işləmiş biri olaraq, ordakı ab-havanı bilirəm. İnanıram ki, yenə olsa, oradakı azarkeş ordusu öz gücünü göstərəcək. Bugünkü oyuna gəlincə, “Qarabağ”ın qələbə qazanmasını gözləyirəm. Statistikaya baxsaq, Avropada ən çox qol epizodları yaratmasına rəğmən, yararlana bilməyənlər klublar arasında Ağdam təmsilçisi də yer alır. Bunun üzərində mütləq şəkildə işləməlidilər. Axşamkı oyunda qələbə bizim üçün çox vacibdir. Çünki bu qələbə sayəsində digər matçlara da motivasiya artacaq. Əslində, böyükhesablı qələbə də gözləmirəm. Eybi yoxdu 1 qol vurulsun, lakin o, bizə qalibiyyət gətirsin. Çünki göstərdiyi oyuna görə təmsilçimiz qrupdan çıxmağa layiqdir”.

GÜNAY SÜLEYMANOVA

Shares: