Məşhur döyüşçü İlya Topuriya La Liqanın prezidenti Xavyer Tebası nokautla hədələyib.

Şənbə günü UFC 308 turniri keçiriləcək. Populyar döyüş gecəsi Bakı vaxtı ilə təxminən saat 22:00-da başlayacaq. Saat 23:00-da isə İspaniyada La Liqanın ilk turunun ən gözlənilən oyunu baş tutacaq.  Madrid “Real”ı və “Barselona” “Santyaqo Bernabeu”da üz-üzə gələcək. Bu səbəbdən də gecənin bəzi  döyüşçüləri El-Klassikoya baxa bilməyəcək.

İlya Topuriya Madrid “Real”ının azarkeşidir.

Qeyd edək ki, Topuriya gecənin əsas döyüşündə yüngül çəki dərəcəsində titul uğrunda Maks Holloveylə qarşılaşacaq. Buna görə də o, zarafatla Tebasa mesajını göndərib. La Liqanın prezidenti isə ona uğurlar arzulayıb. “İlya Topuriya, sənin planlarında olduğumu bilmirdim! Sizi xəbərdar edirəm ki, məni nokauta salmaq, hamıya uyğun ola biləcək şəkildə El-Klasiko təşkil etməkdən daha çətindir”, – deyə La Liqa prezidenti sosial şəbəkələrdə yazıb.

Shares: