İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Haland UEFA Çempionlar Liqasında qol sayında Didye Droqbaya çatıb.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu buna Çexiyanın “Sparta” (Praqa) kollektivinə qalib gəldikləri (5:0) Liqa mərhələsinin 3-cü turunun matçında dubl etməklə nail olub.

Norveçli forvard qitənin bir nömrəli klub turnirində qollarının sayını 44-ə çatdırıb. Holann cəmi 42 qarşılaşmada buna müvəffəq olubsa, Droqba 92 görüşdə 44 qolla yadda qalıb.

Haland cari mövsüm Norveç millisində və klubunda ümumilikdə 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: