2009-cu il yanvarın 20-dən 2017-ci il yanvarın 20-dək vəzifədə olmuş ABŞ-nin 44-cü prezidenti Barak Obama MBA rəhbərliyini “Ulduzlar Oyunu”nun qaydalarını dəyişməyə çağırıb.

“Normalda “Ulduzlar Oyunu” ilə fəxr etməlisən. Demək istəyirəm ki, bu yayda həyətdə oynadığına bənzəməməlidir. Amma “Ulduzlar Oyunu” uğursuzluğa doğru getməkdə davam edir. Basketbolçular qaçmamağı daha üstün tutur, hər kəs sadəcə, müxtəlif atış növlərini sınayır. Vaxtilə Kobe, Maykl və Ayzeya Tomas meydanda olanda necə də maraqlı idi. Bu uşaqlar əsl kişinin kim olduğunu sübut etməyə çalışırdılar. Doğrudur, onlar da adi mövsümdən fərqli oynayırdılar, lakin qələbə qazanmaq istəyirdilər və buna can atırdılar.

Amma indi başverənləri oyuna təhqir saymaq olar. Bunu tezliklə düzəltməlisən, MBA! Bu, sizin işinizdir. Bu, sizin məhsulunuzdur”, – deyə 63 yaşlı amerikalı dövlət xadimi bildirib.

Qeyd edək ki, 2024 “Ulduzlar Oyunu” cəmi 5,5 milyon tamaşaçı toplaya bilib. 2023-cü ildə bu rəqəm 4,6 milyon olub ki, bu da son 20 ilin ən aşağı göstəricisidir. MBA komissioneri Adam Silver dəfələrlə basketbolçuları oyuna ciddi yanaşmağa çağırsa da, oyunun keyfiyyəti yaxşılaşmayıb.

Shares: