“2 il yarım davam edən proseslərdən sonra nəhayət, Azərbaycan pasportunu ala bildim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında əvvəllər Rusiya pasportu daşıdığından çempionatda legioner kimi çıxış edən Ayxan Hüseynov deyib.

“Turan Tovuz”un yarımmüdafiəçisi Azərbaycan vətəndaşlığını hər zaman arzuladığını bildirib: “Çox sevinirəm ki, Azərbaycan vətəndaşlığı aldım. Hətta ilk gün inanmağım gəlmirdi, şokda idim. Həmişə arzuladığım bir şey idi. Klub rəhbərliyə öz minnətdarlığımı bildirirəm. Bu işdə mənə çox kömək etdilər”.

Hüseynov tovuzluların mövsümü ilk pillələrdə bitirəcəyinə inanır: “İnanıram ki, bu sezon komandamız ilk pillələrdə qalacaq. Düzdü, qarşıda oyunlar çoxdu, hər şey dəyişə bilər. Bu il çox güclü, yaxşı komandalar var. Rəqabət çoxdu. Lakin “Turan Tovuz”a olan güvənim sonsuzdur. Hər oyun performansımızı daha da artıraraq, mövsümü üst pillərdə bitirmək istəyirik. Bu tur “Kəpəz”lə qarşılaşacağıq. Turnir cədvəlində sonuncu yerdə olsalar belə, Qərb derbisi hər zaman çətin və maraqlı keçir. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək, 3 xalı qazanaq”.

Yarımmüdafiəçi bəzi səfər oyunlarında belə özlərini ev sahibi kimi hiss etdiklərinə görə azarkeşlərinə təşəkkürünü bildirib: “Tovuzda futbolu hər zaman çox seviblər. Azarkeşlərimizə bizi heç bir oyunda dəstəksiz buraxmadıqları üçün dərin minnətdarlığımı bildirirəm. Hətta bəzi səfər oyunlarında onların dəstəyi sayəsində özümüzü ev sahibi kimi hiss edirik. Biz də əlimizdən gələni edib, qələbə qazanaraq, onların əhvalını qaldırmağa çalışırıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: