Futbol üzrə Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanan daha üç komanda bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bunlar “Qaradağ Lökbatan”, “Mingəçevir” və “Şamaxı”dır.
“Qaradağ Lökbatan” 2-ci təsnifat mərhələsində “Karvan”ı (3:0), “Mingəçevir” “Zaqatala”nı (1:0), “Şamaxı” isə “Şəmkir”i (6:1) məğlub edib.
Qalib gələn klublar növbəti raundda müvafiq olaraq “Səbail”, “Araz-Naxçıvan” və “Zirə” ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, hazırda “Şəfa” – “Difai” matçı davam edir. Raundun əvvəlki oyunlarında “Turan Tovuz” “Hypers Guba”nı (7:2), MOİK “Şimal”ı (3:1), “Araz-Naxçıvan” “Şahdağ Qusar”ı (4:0), “Kəpəz” “Ağdaş”ı (6:0), “Səbail” isə “Dinamo”nu (6:0) məğlub edib. 2-ci təsnifat mərhələsi oktyabrın 31-də başa çatacaq.