“Monako” Adolf Hütterdən razıdır. Bu səbəbdən baş məşqçi ilə yeni müqavilə imzalanıb.
Futbolinfo.az xəbər verir ki, “Knyazlıq klubu” 54 yaşlı avstriyalı mütəxəssislə anlaşmanın müddətini 2027-ci ilin yayınadək uzadıb. Onun müqaviləsi cari mövsümün sonunda başa çatacaqdı.
Daha öncə vətənində işləmiş Hütter, 2015-18-ci illərdə İsveçrə “Yanq Boyz”unun baş məşqçisi olub. Ardınca Almaniyada “Ayntraxt” və Münhenqladbax “Borussiya”sında çalışan mütəxəsis 2023-cü iln yayından Liqa 1 təmsilçisinə rəhbərlik edir.Avstriyalı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.
“Monako” Fransa Liqa 1-də 30 xalla üçüncü sırada qərarlaşıb.