Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan FKSB (“Styaua) bu qış ilk transferini reallaşdırıb. Bu barədə Rumıniya klubunun mətbuat xidməti məlumat yayıb.
Çexiyalı qapıçı Lukaş Zima ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Zima “Cenoa”, “Livorno”, “Peruca” kimi klublarda çıxış edib. Onun son klubu ölkəsində “Petrolul” olub.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq. Amma Zima bu matçda iştirak etməyəcək. Çünki qış transferləri qrup mərhələsinin oyunları üçün sifariş edilə bilməz.