“İnter Mayami”nin hücumçusu Lionel Messi ABŞ prezidenti Co Bayden tərəfindən “Azadlıq” medalına layiq görülüb. Futbolçu mükafatlandırma mərasimində iştirak etməyib.
Argentinalı ulduz bunun səbəbini tədbir təşkilatçılarına ünvanladığı məktubda bildirib: “Belə mükafata layiq görülməkdən qürur duyuram. Bu, böyük şərəfdir və buna görə dərin minnətdarlığımı bildirirəm. Təəssüf ki, əvvəlcədən öhdəliyim var və Ağ Evdə keçiriləcək mərasimdə iştirak edə bilməyəcəyəm. Bununla belə, bilmənizi istəyirəm ki, bu jesti səmimi qəlbdən yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, ötən mövsüm Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 22 oyun keçirib, 21 qol vurub və 18 məhsuldar ötürmə edib.