Son günlər “Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Yusiflinin adı “Şamaxı” ilə yanaşı hallanır. İddialara görə, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov 2024-cü ilin yanvarında “Neftçi”dən Tovuza apardığı dayaq yarımmüdafiəçisini bu dəfə “Şamaxı”ya aparmaq niyyətindədir. Məşqçi Yusiflini 5 aylıq icarəyə götürmək fikrindədir.

Fərid futbolinfo.az saytına açıqlamasında iddiaları rədd etdi. O, hazırda “Turan Tovuz”un heyətində Antalyada təlim-məşq toplanışında olduğunu bildirdi.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi bu ilin avqustunda “Neftçi”dən ayrılaraq “Turan Tovuz” ilə 3 illik müqavilə imzalayıb.

GÜNAY SÜLEYMANOVA

Shares: