Ölkə futbolunda mühüm qərarların veriləcəyi günə az qalıb. AFFA rəsmiləri qarşıdakı həftə susqunluğa son qoymaq, əməli fəaliyyətə keçmək niyyətindədir.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, AFFA İcraiyyə Komitəsi 7-10 yanvar aralığında bir araya gəlib qərarları elan edəcək. Ötən ilin son toplantısında müzakirə olunan məsələlər artıq rəsmiləşərək qərara çevriləcək.

Əsas məsələ təbii ki, strategiyanın qəbulu ilə bağlıdır. Qurum üzvləri planı ictimiyyətə təqdim etməyə hazırlaşır. Amma bunun təsdiqlənib elan ediləcəyi, yoxsa ictimai müzakirəyə çıxarıldıqdan bir müddət sonra rəsmiləşəcəyi bəlli deyil.

Komitə eyni zamanda legioner limitinin tamamilə ləği, “Turan Tovuz”un adının dəyişdirilməsi, “Mingəçevir”in Adnan Əhmədzadənin idarəçiliyinə verilməsi və s. məsələlər barədə də qərar verməlidir.

Shares: