“Red Bull” komandasını təmsil edən 27 yaşlı Maks Ferstappen dünyaca məşhur “Autosport” nəşrinin versiyasına görə ən yaxşı pilot seçilib.

“İlin ən yaxşı anı” nominasiyasında da mükafat niderlandlı plota qismət olub. Ferstappenin Braziliya Qran Prisində 17-ci mövqedən start götürərək birinci yeri qazanması mükafata layiq görülüb.

“Autosport” jurnalının bütün oxucularına məni İlin sürücüsü seçdikləri üçün təşəkkür etmək istəyirəm. Bu, dördüncü dəfədir ki, baş verir.

Əlbəttə ki, ən vacibi üstün olmaq idi və komanda olaraq biz bunu bacardıq. Bununla çox qürur duyuram və mükafata görə bir daha təşəkkür edirəm”, – deyə Maks jurnala müsahibəsində bildirib.

Shares: