“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzya Ağdam təmsilçisinin Azərbaycan kubokunun yarımfinalında “Sabah”a qarşı keçirdiyi cavab oyununda məğlub olmasına münasibət bildirib.
Futbolinfo.az xatırladır ki, “Qarabağ”a bu oyunda 1:2 hesabıyla uduzaraq (ilk oyun 2:2) mübarizəni dayandırıb.
Benzya matçdan sonra sosial şəbəkə hesabından paylaşım edib. Əlcəzairli futbolçu paylaşımında bunları qeyd edib:
“Hakim, ayıbdır! Ölkənin ən güclü komandasını ancaq belə uda bilərsiniz”.






