Azərbaycan Kubokunun cavab yarımfinal görüşləri çərçivəsində keçirilən “Sabah” – “Qarabağ” qarşılaşmasında gərgin anlar yaşanıb. İlk hssəsi başa çatan qarşılaşmanın 36-cı dəqiqəsində qonaqlar azlıqda qalıb.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin qapıçısı Mateus Koxalski rəqib hücumçu Velko Simiçin qapı ilə üzbəüz qaldığı epizodda onu aşkar qol vurmaq şansından məhrum edib və qırmızı vərəqə alıb. Baş hakim Rəvan Həmzəzadə bu epizoda görə hətta VAR-ın köməyinə dəehtiyac duymayıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məcburiyyətdən Leandro Andradeni oyundan alıb. O, yerini digər qapıçı Fabian Buntiçə verib.
Hakimin qərarı qonaq azarkeşləri narazı salıb. Onlar meydana yad əşyalar atıb.






