FIBA növbəti Dünya Çempionatlarının ev sahiblərini açıqlayıb.
Xatırladaq ki, basketbol üzrə qadınlar və kişilər arasında mundiallar müvafiq olaraq 2030 və 2031-ci illərdə baş tutacaq.
2030-cu ildə qadınlar arasında turnir Yaponiyanın Tokio şəhərində keçiriləcək. Kişilər arasında çempionata isə 2031-ci ildə Fransanın Paris, Lill və Lion şəhərləri ev sahibliyi edəcək.








