Azərbaycanın daha iki boksçusu Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda qələbə qazanıb.

Reytinq xarakterli yarışın ikinci Zidan Hünbətov (55 kq) 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də baş tutacaq.

Məhəmməd Abdullayev (+90 kq) də Dünya Kubokuna qələbə ilə başlayıb. Boksçu 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq.

Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq. Daha əvvəl Nəbi İsgəndərov (70 kq) rəqibini məğlub edib.

Shares: