Almaniyalı Dirk Novitski Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Şöhrət Zalına daxil edilib. Mərasim 21 apreldə Berlində baş tutub.

Novitski MBA tarixində ən çox xal qazanan avropalı oyunçudur. O, “Dallas Maveriks”in heyətində 21 mövsüm keçirməklə bir komandada oynamaq üzrə MBA rekorduna sahibdir. Dirk 2006-07 mövsümünün MVP-si olub. 2011-ci ildə o, Dallas komandasının yeganə çempionluğunun əsas memarıdır.

Daha altı oyunçu da Şöhrət Zalına daxil edilib. Onlar arasında türkiyəli Hidayət Türkoğlu (Hido) da var. Onlardan başqa Vanq Jiji (Çin), Sue Börd (ABŞ), Selin Dumerk (Fransa), Klaris Maçanquana (Mozambik) və İsmeniya Pauşar (Çili) da şərəfə layiq görülüblər. Polşalı məşqçi Lüdvik Mietta-Mikolayeviç də Şöhrət Zalının yeni üzvü olub.

7f98d442 hidayet turkoglu - Futbolinfo.az
Shares: