Dünya reytinqində 28-ci pillədə qərarlaşan britaniyalı tennisçi Cek Dreyper 7-17 may tarixlərində keçiriləcək “Masters” turnirində çıxış edə bilməyəcək.
“Diz vətəri zədəsinin təkrarlanması Madrid və Romada oynamağıma mane olur. Əlbəttə ki, bu, məyusedicidir, amma zədənin o qədər də ciddi olmadığına görə bir az sevinirəm.
Sağalma prosesim yaxşı gedir və əminəm ki, “Rolan Qarros”a hazır olacağam. Həmin turnir üçün formaya düşməyi səbirsizliklə gözləyirəm”, – deyə Dreyper “BBC Sport”a bildirib.
Keçən il Dreyper Romadakı turnirin 1/4 finalında ispaniyalı Karlos Alkaras (4:6, 4:6) ilə qarşılaşmada məğlub olub.
Xatırladaq ki, Romada Alkaras və Cokoviç də iştirak etməyəcəklər.






