Moskva “Dinamo”sunun Azərbaycan əsilli futbolçusu Ulvi Babayev milli komanda seçiminə aydınlıq gətirib.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı vinger Rusiya mətbuatına açıqlamasında həmin ölkənin millisində oynamaq istədiyini deyib.
Hazırda Rusiyanın U-21 yığmasında çıxış edən Babayev tezliklə əsas millinin formasını geyinmək arzusunda olduğunu bildirib: “Ximkidə doğulmuşam, bütün bu müddət ərzində Rusiyadayam. Vətəndaşlığı dəyişmək fikri heç ağlıma da gəlməyib. Ata-anama, ailəmə və qohumlarıma anlayış və hörmətlə yanaşıram. Ancaq mən Rusiyada tərbiyə alıb böyümüşəm, hesab edirəm ki, seçim etmək hüququm var. Buna görə də Rusiya millisi seçimi üzərində dayanmışam”.
Qeyd edək ki, Ülvi Babayev Rusiyanın U-21 yığmasından əvvəl U-15 və U-16 komandalarında da oynayıb.






