Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, bu gün bir oyun baş tutub.
“Konyaspor” evdə “Fənərbağça” ilə qarşılaşıb. İstanbul təmsilçisi əlavə vaxtda uduzaraq mübarizəni dayandırıb, “Konyaspor” isə ilk yarımfinalçı olub.
Türkiyə Kuboku
1/4 final
21 aprel
Konyaspor – Fənərbağça 1:0
Qol: Yevtoviç, 120+2.
22 aprel
21:30. Qalatasaray – Gənclərbirliyi
23 aprel
19:45. Samsunspor – Trabzonspor
21:45. Beşiktaş – Alanyaspor






