“Qarabağ” “Zirə”də tanınan iki futbolçu ilə güclənə bilər. Ağdamlılar İssa Cibrilla və Salifu Sumanın transferi ilə bağlı düşünür.
Suma “Malmö”də ümidi doğrultmayıb. İsveç klubu bu üzdən qvineyalı cinah hücumçusunu qış fasiləsində Polşa klubu “Radomyak”a icarəyə vermişdi. Ekstraklasada da istənilən performansı ortaya qoya bilməyən futbolçu mövsümün sonunda “Malmö”yə qayıtmalıdır. Lakin isveçlilər onu saxlamağı planlaşdırmır.
Mövsümün əvvəlində “Zirə”dən 1,3 milyon avro qarşılığında böyük ümidlərlə transfer edilən 22 yaşlı oyunçunun Azərbaycana dönüşü realdır. Dəyəri ikiqat azalan oyunçunu “Qarabağ” transfer edə bilər. Amma ağdamlılar Salifunu icarəyə götürmək variantını daha çox düşünür.
Cibrilla isə daha çox ehtiyat variant kimi düşünülür. “Zirə” ilə bir llik müqaviləsi qalan sol cinah müdafiəçisinin yaşı 30-u keçib. Onun həm də zədəyə çox meylli olması “Qarabağ”ı çəkindirir.






