Formula 1 çempionu və “Maklaren” pilotu Lando Norris nüfuzlu “Laureus World Sports Awards”da “İlin Sıçrayışı” kateqoriyasında qalib gəlib.

“Bu gün mənim üçün xüsusi bir axşamdır. Mən bu gözəl mükafata namizəd göstərildim və onu aldım. Belə görkəmli insanlar arasında olmaq çox gözəldir, ona görə də bu mükafata görə münsiflər heyətinə və akademiyaya böyük təşəkkür edirəm. Əlbəttə ki, hamınıza – azarkeşlərə, yol boyu məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu mükafat sizin üçündür”, – deyə Norris mükafatı alandan sonra bildirib.

Norrislə yanaşı, mükafata braziliyalı tennisçi Joao Fonseka, PSG-dən fransız futbolçu Dezire Due, ingilis kriketçi Lyuk Littler, çinli üzgüçü Yu Zidi və MBA ulduzu Şey Gilgs-Aleksander də namizəd olublar.

Keçən il mükafatı “Barselona”nın oyunçusu Lamin Yamal qazanmışdı.

Shares: