“Yuventus”un keçmiş kapitanı və İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi ölkə futbolunda köklü dəyişikliklərə çağıraraq baş məşqçi vəzifəsinə ideal namizəd kimi “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolanı məsləhət görüb. Bonuççi ardıcıl üçüncü Dünya Çempionatından kənar qaldıqdan sonra İtaliya millisinin tam şəkildə yenidən qurulmasına ehtiyacı olduğunu bildirib.

“Ən birinci müdafiədən başlayaraq İtaliya futbolunu tamamilə yenidən qurmaq lazımdır. Dünya ictimaiyyətinin hörmətini bərpa etmək və yenidən dünya çempionu olduğumuz böyük komandaya çevrilmək üçün həqiqətlə üzləşmək üçün cəsarətə ehtiyacımız var. Çox istedadlı gənc oyunçularımız var – onlara inkişaf etmək üçün vaxt verməliyik. Zaman yeganə müalicədir. Əgər köklü dəyişiklik istəyiriksə, Pep bunun üçün ideal adamdır. Əlbəttə ki, bunu gerçəkləşdirmək çətindir, amma xəyal qurmaq pulsuzdur”, – deyə Bonuççi qeyd edib.

Shares: