“Biz Jali Muaddib üçün təklif almamışıq”. Bunu futbolinfo.az saytına açıqlamasında Kiprin “Omoniya” (Aradipu) klubunun prezidenti Kostas Xristoforu deyib.

O bildirib ki, adı “Qarabağ”la hallanan Muaddibin klubu ilə hələ növbəti mövsüm üçün də müqaviləsi var: “Bu xəbərlərin mənbəyini bilmirəm. Amma bizim onunla növbəti mövsümün sonuna qədər müqaviləmiz var. Heç bir rəsmi təklif də almamışıq. Yəni hazırda bütün yazılanlar şayiədir”.

Qeyd edək ki, Kipr mətbuatı Jali Muaddibin artıq “Qarabağ”la anlaşdığını və azad agent kimi Azərbaycan klubuna keçəcəyini yazıb.

Shares: