Mahaçqala “Dinamo”sunun futbolçusu Məhəmmədcavad Hüseynnəjad karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın maraq dairəsindədir. Daha doğrusu iranlı oyunçu Ağdam klubuna təklif olunub.

“Qarabağ”ın məşqçi korpusu futbolçunun səviyyəsindən məmnundur. Lakin o, Premyer Liqa təmsilçisi üçün prioritet deyil. Ağdamlılar həmin mövqeyə digər variantları da nəzərdən keçirəcək.

Məhəmmədcavad Hüseynnəjad “Dinamo”da da qala bilər. Çünki mahaçqalalılar onunla yeni müqavilədə maraqlıdır. Tərəflər yeni sazişdə razılığa gələ bilməsələr, Rusiya klubu mövsümün sonunda onu transferə çıxaracaq.

Shares: