PSJ ciddi itki ilə üzləşib. Fransa çempionunun heyətində Vitinya zədələnib.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi dünən Lion “Olimpik”i ilə çempionat matçında zədələnib. Parisilər Liqa 1 oyununda 1:2 hesabı ilə yenilib.
Vitinya sağ ayağının topuq hissəsindən xəsarət alıb. Onun təxminən iki həftə oynamayacağı gözlənilir. Bu isə o deməkdir ki, 26 yaşlı portuqaliyalı aprelin 28-də Çempionlar Liqasında “Bayern”lə ev yarımfinal oyununu buraxacaq.






