İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə “Everton”u 2:1 hesabı ilə məğlub edən “Liverpul” tarixi nailiyyətə imza atıb.
Futbolinfo.az xəbər verir ki, mersisaydlılar turnir tarixində 60 fərqli stadionda qələbə qazanan ilk komanda olub.
“Hill Dikinson” stadionunda baş tutan Mersisayd derbisində qazanılan bu uğurdan sonra “Liverpul” xallarının sayını 55-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
47 xalı olan “Everton” onuncudur.






