“Böyük dəbilqə” seriyalı turnirlərin 24 qat qalibi Novak Cokoviç və ikiqat Olimpiya çempionu Çinli Ailin Qu “Laureus İdman Mükafatları”nda aparıcılıq edəcəklər. Tədbirin mətbuat xidməti bu barədə sosial mediada məlumat yayıb. Mərasim bu gün İspaniyanın Madrid şəhərində keçiriləcək.

Xatırladaq ki, tennisdə dünya reytinqinin 1-ci və 2-cisi Yannik Sinnerlə Karlos Alkaras “İlin İdmançısı” nominasiyasında “Laureus World Sports Awards”a namizəddirlər.

Əlavə edək ki, Novak Cokoviç bir neçə gün əvvəl Madriddə keçiriləcək “Masters” turnirindən imtina etmişdi.

Shares: