“Sabah” Misli Premyer Liqasında səfərdə məğlubiyyətsizlik seriyasını davam etdirən yeganə komandadır.

Futbolinfo.az saytının məlumatına görə, çempionatın lideri son olaraq 28-ci turda “Qarabağ”ı da onun meydanında üstələyib – 1:0.

Qəsəbə təmsilçisi bu mövsüm keçirdiyi 14 səfər matçının heç birində uduzmayıb ki, bunu bacaran yeganə komandadır. Valdas Dambrauskasın yetirmələri qonaq olduğu 14 görüşün 11-də qalib gəlib, 3 dəfə bərabərə qalıb. “Sabah” bu qarşılaşmalarda 35 qol vurub, özü 12 dəfə mərkəzə dəvət edilib.

Qeyd edək ki, “Sabah” hazırda 69 xalla çempionata liderlik edir.

Shares: