“Sumqayıt”ın 9 oyunluq qələbəsizlik seriyası başa çatıb. “Kimyaçılar” dünən “Qəbələ”ni tək qolla məğlub edərək həm də 4 turdur davam edən yenilgilər ardıcıllığına son qoyub.
Futbolinfo.az xəbər verir ki, Saşa İliçin yetirmələri sonuncu dəfə yanvarın 30-da “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlmişdi. Bu müddətdə komanda 9 oyuna yalnız son pillənin sahibləri ilə 2 heç-heçəyə sevinmişdi.
Bu nəticə həm də sumqayıtlıların 4 ay 10 gündən sonra evdə qazandığı ilk qələbədir. Komanda sonuncu dəfə ötən il dekabrın 9-da “İmşli”ni evdə tək qolla məlub etmişdi.






