Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə əvvəlcə, “Kəpəz” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.
Son oyunda isə “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq.
Daha öncə keçirilmiş “Zirə” – “Neftçi” oyununda (1:1) qalib müəyyənləşməyib, “Karvan-Yevlax” “Şamaxı”nı (1:0) məğlub edib, “Araz-Naxçıvan” “Turan Tovuz”a (0:3), “Qarabağ” “Sabah”a (0:1) uduzub.
Misli Premyer Liqası
28-ci tur
19 aprel
“Kəpəz” – “İmişli” 0:0 (1-ci hissə)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 15:30.
Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.
İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 30. Xəlil Mürsəlli, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.





