“Çox çətin qərar idi. Epizodu dəqiq görmədim. Ona görə də qırmızı vərəqənin olub-olmadığını demək çətindir. Amma hakim belə qərar veribsə, deməli, qırmızı vərəqədir. Bundan sonra çox əziyyət çəkdik, daha çox müdafiə olunmalı olduq. Amma 10 nəfərlə qalib gəlməyimiz çox önəmlidir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Aaron Maluda deyib.

Fransalı hücumçu səfərdə “Qarabağ”a 0:1 hesab ilə qalib gəldikləri matç barədə fikirlərini bölüşüb: “Qələbə qazandığımız üçün çox xoşbəxtik. Çətin matç oldu, xüsusilə də Abdulla Xaybullayev qırmızı vərəqə aldıqan sonra komanda xarakter göstərdi. Oyuna sonradan daxil olan futbolçular da kollektivin nə qədər güclü olduğunu sübut etdilər. Amma işimiz hələ bitməyib. Dörd gün sonra yenə “Qarabağ”a qarşı kubok oyunumuz var. Hələ çempion olmamışıq, buna görə də çox sevinmək üçün əsas yoxdur”.

GÜNAY SÜLEYMANOVA

Shares: