Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Əvvəlcə, “Kəpəz” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.
Son oyunda isə “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq.
Daha öncə keçirilmiş “Zirə” – “Neftçi” oyununda (1:1) qalib müəyyənləşməyib, “Karvan-Yevlax” “Şamaxı”nı (1:0) məğlub edib, “Araz-Naxçıvan” “Turan Tovuz”a (0:3), “Qarabağ” “Sabah”a (0:1) uduzub.
Misli Premyer Liqası
28-ci tur
19 aprel
“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 15:30.
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.





