Daha bir tanınan futbolçu qarşıdakı Dünya Çempionatından kənar qala bilər. Serj Qnabri Amerikada keçiriləcək mundialı buraxmaq təhlükəsi ilə üz-üzədir.
Futbolinfo.az xəbər verir ki, “Bayern”in cinah yarımmüdafiəçisi ağıq zədə alıb. Sağ ayaq əzələsində ciddi zədələnmə olan oyunçunun bərpa prosesinin nə qədər çəkəcəyi bilinmir.
Münhen klubunun həkimləri hələlik dəqiq diaqnoz qoya bilmir. Qnabri haqda Almaniya millisinin həkimləri tərəfindən aparılan müayinədən sonra qərar veriləcək.






