MBA-da pley-off seriyasına start verilib.

Qərbda “Los Anceles Leykers” evdə “Hyuston Rokets”ə qalib gəlib – 107:98. Meydan sahiblərinin heyətində Lebron Ceyms dabl-dabl edib. Qonaq komandada ən məhsuldar isə 19 xal toplayan Alperen Şengün olub.

Digər cütlüklərdə də ev sahibləri ilk oyunda qalib gələrək seriyada üstünlük əldə ediblər:

Klivlend – Toronto 126:113

Denver – Minnesota 116:105

Nyu-York – Orlando 113:102

Seriyalarda ikinci oyunlar da eyni meydanlarda keçiriləcək.

Shares: