“Turkish Football”ın məlumatına görə, “Mançester Yunayted” və “Tottenhem” Türkiyə milli komandasının və “Beşiktaş”ın yarımmüdafiəçisi Orkun Kökçü ilə maraqlanır.

Mənbəyə görə, İstanbul klubu 25 yaşlı futbolçunu 60 milyon avro qiymətləndirir. Kökçü özü isə Avropanın aparıcı klublarından birinə keçmək üçün “Beşiktaş”dan ayrılmağa hazırdır.

Bu mövsüm Kökçü bütün yarışlarda 34 oyunda meydana çıxıb, səkkiz qol vurub və doqquz məhsuldar ötürmə edib. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

Kökçü Türkiyə milli komandasında 48 oyun keçirib.

Shares: