“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında daha bir tarixi uğura imza atıb. Onun komandası turnir cədvəlində ikinci pillədə olduğu halda, lider “Arsenal”ı 2:1 hesabı ilə məğlub edib.

Bununla da Qvardiola komandası ikinci yerdə olarkən çempionatın lideri ilə qarşılaşdığı bütün dörd oyundan qalib ayrılmağı bacarıb. Bu, liqa tarixində Ser Aleks Ferqyusondan sonra qeydə alınan ən yaxşı göstəricidir.

“Etihad” stadionunda baş tutan matçda qələbə qollarını Rayan Şerki və Erlinq Haland vurublar. “Arsenal”ın yeganə qoluna isə Kay Haverts imza atıb. Bu qalibiyyətdən sonra “şəhərlilər” liderlə xal fərqini 3-ə endirib.

Xatırladaq ki, Qvardiola artıq Premyer Liqada 250 qələbəni ən sürətli qazanan məşqçi kimi (cəmi 349 oyuna) tarixdə təkdir.

Shares: