MBA-da pley-off seriyasının daha 4 oyunu keçirilib.

“Boston Seltiks” evdə “Filadelfiya Siksers” üzərində qələbə qazanıb – 123:91. “Oklahoma Siti Tanders” “Finiks Sans”ı 119:84 hesabı ilə darmadağın edib.

Detroytda gözlənilməz nəticə qeydə alınıb. Konfrans çempionu ilk oyunda “Orlando Mecik”ə məğlub olub – 101:112. “Pistons”da Kanningem 39 xal toplayıb.

Son çempion “San Antonio Spörs” isə seriyaya inamlı qələbəylə başlayıb. Viktor Vembanyamanın 35 xalı sayəsində “Portlend Treyl Bleyzers” 111:98 hesabı ilə məğlub edilib.

Shares: