“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında “Mançester Siti”yə uduzduqları görüşdən sonra fikirlərini bildirib.

1:2 hesabıyla bitən matçdan sonra jurnalistlərə açıqlama verən mütəxəssis çempionluq yarışının hələ davam etdiyini deyib: “Fərqi artırmaq üçün yaxşı fürsətimiz var idi, alınmadı. Lakin çempionluq yarışı bitməyib. Bizim beş, onların altı oyunu var və hələ üç xal öndəyik. Qarşıda matçlar çoxdur. Hələ də inanıram ki, çempionluğun taleyi öz əlimizdədir”.

İspan çalışdırıcı məğlubiyyəti bir neçə səbəblə əsaslandırıb: “Bir neçə amil var. Topun qapıya düşüb-düşməməsi bəzən həlledici olur. Fərdi bacarıq da rol oynayır – bu kimi anlarda sakit qalmaq, dəqiq və mümkün qədər qətiyyətli olmaq lazımdır. Məhz belə hərəkət etməliyik”.

Arteta etiraf edib ki, müəyyən vəziyyətlərdə komandada konsentrasiya çatışmayıb, amma ümumilikdə oyun planlaşdırıldığı kimi idarə edilib və qalib gəlmək üçün əla şanslar olub: “Biz çox yaxın idik, amma bu, kifayət deyildi və indi etiraf etməliyik ki, çox ciddi bir şansı əldən verdik. Bununla belə, qarşıda hələ beş oyun var. Yenidən başlamalı və irəliləməliyik, çünki bu oyunda bir çox müsbət məqamlar var idi. Bəzi əlverişli anlar oldu, amma eyni zamanda yüksək intensivlikli bir mübarizə idi”.

“Arsenal” 33 turdan sonra 70 xalla birinci sıradadır. Bir oyun az keçirən “Mançester Siti”nin 67 xalı var.

Shares: