Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son oyunda “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq.
Daha öncə keçirilmiş “Zirə” – “Neftçi” oyununda (1:1) qalib müəyyənləşməyib, “Karvan-Yevlax” “Şamaxı”nı (1:0) məğlub edib, “Araz-Naxçıvan” “Turan Tovuz”a (0:3), “Qarabağ” “Sabah”a (0:1), “Kəpəz” “İmişli”yə (0:1) uduzub.
Misli Premyer Liqası
28-ci tur
19 aprel
“Sumqayıt” – “Qəbələ” 0:0 (1-ci hissə)
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.
Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 75. Nadir Orucov, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare.
Baş məşqçi: Kaxaber Sxadadze.





