Türkiyənin Antalya şəhərində “Çempionlar” turniri davam edir.

Futbolinfo.az xəbər verir ki, U-20 yaş qrupu üzrə keçirilən turnirin ikinci günündə 4 güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə Nurlan Ağazadə (74 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində 87 kq-da Orxan Hacıyev gümüş və Abdullah Həsənov isə bürünc medalla turniri başa vurub.

Qadın güləşində isə Esra Məmmədli (53 kq) üçüncü yeri tutub.

Shares: