Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 32-ci turun oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda evdə “Bilis”lə qarşılaşıb.

“Partizani” bu oyunda 1:1 hesablı heç-heçə ilə kifayətlənib. İsgəndərli meydana start heyətdə çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 19-cu dəqiqədə (penaltidən) azərbaycanlı futbolçu vurub.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 45 xalla 5-ci yerdədir.

Shares: