Fransa Liqa 1-in 30-cu turunda səfərdə PSJ-ni məğlub edən (2:1) Lion “Olimpik”inin hücumçuları Endrik və Afonsu Moreyra klubun tarixinə düşüblər.

Futbolinfo.az xəbər verir ki, hər iki futbolçu sözügedən qarşılaşmada qol vurmaqla yanaşı, bir-birilərinə məhsuldar ötürmə də ediblər.

Bununla da onlar 2012-ci ildən bəri Liqa 1-də Lion klubunun heyətində PSJ-yə qarşı bir matçda həm qol, həm də assist müəllifi olan oyunçuların siyahısına düşüblər.

Daha əvvəl “Olimpik”in heyətində bu nailiyyətə 2012-ci ildə Mişel Bastos, 2018-ci ildə Nabil Fekir, 2021-ci ilin martında isə Maksvell Korne imza atmışdılar.

Lion “Olimpik”i 30 oyundan sonra 54 xalla Fransa çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Shares: