“Barselona” klubu 2025/26 mövsümündə “Real” Madridə qarşı son oyun üçün bilet satışlarına başlayıb.
Katalonlar mayın 10-da “Kamp Nou”da La Liqanın 35-ci turunda “Real”ı qəbul edəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 33 turdan sonra “Blauqrana” turnir cədvəlinə başçılıq edir və madridlilərdən 9 xal irəlidədir.
Hazırda “Klassiko”ya biletləri yalnız “Barselona”nın üzvləri olan “Socios” əldə edə bilər. Ən ucuz biletin qiyməti 499 avrodur, digər biletlər isə kateqoriyadan və oturacaq yerindən asılı olaraq 749-dan 799 avroya qədər dəyişir.
“Kamp Nou”da “Klassiko”nu izləmək üçün VIP biletlər standart versiya üçün 1750 avrodan başlayır, VIP Premium isə 2250 avroyadır.
Bu qiymətlər sosial mediada tənqidə səbəb olub. Bir çox istifadəçi qiymətləri “şişirdilmiş” adlandırıraq şikayət ediblər. Bu, azarkeşləri stadiona gəlməkdən çəkindirir. Lakin klub yüksək qiymətləri rekonstruksiya zamanı əldə edilməmiş gəlirləri kompensasiya etmək ehtiyacı ilə əsaslandırır.






