Daha bir futbolçu “Mançester Siti”dən ayrılmağa qərar verib. Bernardo Silva ilə brlikdə Con Stounz da mövsüm bitən kimi iş yerini azad agent kimi dəyişəcək.

Futbolinfo.az xəbər verir ki, əsas heyətdə yerini itirən mərkəz müdafiəçisi yeni müqavilə təklifi almayıb. 31 yaşlı ingilis yeni klub axtarışındadır. O, İngiltərə Premyer Liqasında qalmaq və ya MLS klublarından birinə keçmək üzərində baş sındırır. Stounz ölkəsinin bir neçə orta səviyyəli klubundan dəvət alıb.

10 il öncə “Everton”dan 55,6 milyon avroya transfer edilən Stounz hazırda zədəsini müalicə etdirir. Onun mövsümün sonunadək yaşıl meydanlara qayıtması gözlənilir.

Shares: