Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk cavab oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk finalçının adına “Zirə” – “Turan Tovuz” matçında aydınlıq gələcək.

Zirədə baş tutacaq oyunu Əli Əliyev idarə edəcək. Paytaxt təmsilçisi ilk oyunda inamlı qələbəyə sevinib.

Digər finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu

21 aprel

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

Shares: