Milli Basketbol Assosiasiyasının dördqat çempionu və “Los Anceles Leykers” komandasının hücumçusu Lebron Ceyms bu ayın sonunda karyerasını bitirəcəyini elan edə bilər.

“Ötən həftə dünyaca məşhur Semafor Dünya İqtisadiyyatı konfransı baş tutdu. Orada çıxış edən Maverik Karter, texnologiya və media sənayesindəki dəyişikliklərin yeniliklərini Ceymsə izah edib. Məşhur basketbolçu karyerasını bitirdikdən sonra addımlarını bu məsləhətlərə uyğun müəyyənləşdirə bilər. Əgər “Leykers” pley-offun ilk raundunda “Hyuston Rokets”ə uduzsa, ayın sonunda artıq bəyanata şahidlik edə bilərik”, – deyə “Semafor” portalının köşə yazarı Maks Tani bildirib.

Shares: